01.02.2024 tarıxındə Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə
“Gəncliyin səsi”festivalının açılış mərasimində Aşıq sənətinə həsr olunmuş konsert keçirilib.Konsertdə Azərbaycan Milli Konservatoriyasının “ Şəms qəmər”kamera xor kollektivi də iştirak edib.Qeyd etməliyik ki Aşıq Ələsgərin sözlərinə yazılmış “Baş müxəmməs” havası saz və dördsəsli xor üçün işlənilib.Bu ilkə imza atan” Şəms Qəmər” kamera xor kollektivinin bədii rəhbəri Leyla Zalıyevanı təbrik edirik.Musiqi əsəri tamaşaçılar tərəfindən maraqla dinlənilib.
Xormeyster Xanımana Məmmədzadə, müşayiət sazda Tacir Alxanov,Elşən Məmmədov,Əli Məhərrəmzadə,balabanda Fəqan Rəhmanoğlu, nağarada Seymur Şükürov. Bədii rəhbər dossent Leyla Zalıyeva.