Dekabrın 14-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Ermənilərin Saxtalaşdırdıqları Azərbaycan Xalq Rəqsləri”  mövzusunda elmi seminar keçirilib.

 

Seminarda AMK-nın  rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Ü. Haclbəyli adına Bakı Musiqi Akademiyasınn elmi işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli qeyd olunan mövzu ilə bağlı geniş izah verib, tarixi faktları seminar iştirakçılarının diqəttinə çatdırıb.

 

R. Bəhmənli, ermənilərin Azərbaycan torpaqlarına köç etməsi ilə onların yerli msuqilərimizə hücumunun başlamasını və bu günə qədər də özününküləşdirmə siyasətinin davam etdirildiyini bildirib. “Planlı şəkildə həyata keçirilən geniş işlərin nəticəsində xalq rəqslərimiz ən çox hücuma məruz qalan etnik musiqi nümunələrimizdəndir” deyə R. Bəhmənli qeyd edib.

 

Mövzu ətrafında geniş müzakirə aparılıb.