May ayının 24 də Stokholm Tarix Muzeyinin “Barokko” zalında Əməkdar artist Emil Əfrasiyabın rəhbərliyi ilə caz triosunun Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konserti təşkil edilib.Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkədə diplomatik korpusun nümayəndələri ilə yanaşı, Azərbaycan diasporunun üzvləri də iştirak edib Konsertdə Emil Əfrasiyabın öz əsərlərindən kompozisiyalar, həmçinin Azərbaycan caz muğamının yaradıcısı Vaqif Mustafazadənin əsərləri səsləndirilib. İnstrumental qrup, habelə ilk dəfə mayın 21-də Danimarkada da sənətçimizin ıştirakı ilə Azərbaycanın Müstəqillik Günü qeyd olunub.