ELAN
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29 aprel 2026-cı il tarixli, 3-50/3-1-161/2026 nömrəli qərarı ilə Azərbaycan Milli Konservatoriyasında yaradılmış FD 2.55 Dissertasiya Şurasının tərkibində, Azərbaycan Milli Konservatoriyasının 8 iyun 2026-cı il tarixli əmri əsasında sənətşünaslıq elm sahəsi üzrə Elmi Seminar fəaliyyətə başlamışdır.
Bununla əlaqədar olaraq bildiririk ki, FD 2.55 Dissertasiya Şurasının səlahiyyətinə aid olan ixtisaslar üzrə müdafiəyə təqdim ediləcək dissertasiya işlərinin Elmi Seminarda müzakirəsinin təşkili məqsədilə sənədlərin qəbulu həyata keçirilir.
Diqqətə çatdırırıq ki, FD 2.55 Dissertasiya Şurasında müdafiəsi nəzərdə tutulan dissertasiya işləri digər ali təhsil və elmi müəssisələrdə elmi seminardan keçmiş olsa belə, Azərbaycan Milli Konservatoriyasının Elmi Seminarında müzakirə olunmalı və müvafiq rəy almalıdır.
Elmi Seminarda müzakirəyə çıxarılacaq dissertasiya işləri üzrə tələb olunan sənədlər və müraciət qaydaları barədə ətraflı məlumat almaq üçün Elmi Seminarın katibliyinə müraciət edə bilərsiniz.