
5 may tarixində Azərbaycan Milli Konservatoriyasında Dirijorluq kafedrasının xor və orkestr kollektivlərinin hesabat konserti keçirilib.
Konsertdə AMK-nın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konsertin əvvəlində Dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova çıxış edərək hesabat konsertinin bədii məzmunu haqqında məlumat verib.
O, kafedranın nəzdində fəaliyyət göstərən xor və orkestr kollektivlərinin il ərzində qatıldığı tədbirlərdən, əldə etdikləri uğurlardan bəhs edib.
Proqramda AMK tələbələrindən ibarət XÇA Orkestri və xor kollektivləri çıxış edib.Orkestrin ifasına dirijorlar Ellada Məmmədova və Aysel Bağırova rəhbərlik ediblər.
Proqramda xormeysterlər Gülay Mahmudova və Aytən Aslanova, konsertmeysterlər Ağarəhim Salah, Gülsüm Salamova, Zərrin Muradova və Vüsalə Əskərova iştirak ediblər.
Hesabat konsertində ifaçılar Nuray Hacızadə, Elman İmanov, Nihad Atamoğlanov, Nuray Kərimli, Ülkər Abdullayeva, Mustafa Mirzəyev və Firuz Əliyev çıxış ediblər.
Solo alətlər üzrə Məmməd Məmmədli, Fateh İsgəndərov, Rüstəm Hacıyev, Məhəmməd Hidayətli, Reza Mohammadi, Mustafa Mirzəyev, Orxan Qədirli, Cəfər Həsənov və Aslan Məmmədovun ifaları təqdim olunub.
Konsertdə Tofiq Quliyev, Emin Sabitoğlu, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova, Ələkbər Tağıyev, Müslüm Maqomayev və Pikə Axundovanın əsərləri, eləcə də Azərbaycan xalq mahnıları səsləndirilib.
Hesabat konserti tələbə kollektivlərinin il ərzində qazandıqları yaradıcılıq təcrübəsini nümayiş etdirməklə yanaşı, Dirijorluq kafedrasında aparılan pedaqoji və bədii işin nəticələrini də əks etdirib.
















