AMK tələbəsi III Beynəlxalq Maqom Sənəti Forumunun qalibi olub

23–26 iyun 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Namanqan şəhərində UNESCO, ICESCO, TÜRKSOY və Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində 15 ölkədən 27 iştirakçının qatıldığı Beynəlxalq müsabiqənin yekun nəticələrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi, kamança ifaçısı Nurəddin Tağıyev (zərb alətlərində müşayiətçi – Teymur Cəbrayılov) solo ifaçılıq […]

Ətraflı >>

Mənsum İbrahimov III Beynəlxalq Maqom Sənəti Forumunun Münsiflər Heyətinə sədrlik edib

23–26 iyun 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Namanqan şəhərində UNESCO, ICESCO, TÜRKSOY və Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində beynəlxalq müsabiqə keçirilib. Müsabiqədə Özbəkistandan Abduxoşim İsmayılov, Küveytdən Amer Cafar, Serbiyadan Edi Taym, Türkiyədən Feryal Basel Tuzun, Fransadan Marqaret Deşeno və Kanadadan Saşar Zərifin təmsil olunduğu Beynəlxalq Münsiflər […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyası III Beynəlxalq Maqom Sənəti Forumunda təmsil olunub

23–26 iyun 2026-cı il tarixlərində Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə Özbəkistan Respublikasının Namanqan şəhərində keçirilən UNESCO, ICESCO, TÜRKSOY və Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində təşkil olunmuş “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusunda III beynəlxalq elmi-praktik […]

Ətraflı >>

Şəhid məzunumuz Toğrul Hacıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycan Milli Konservatoriyasının şəhid məzunu Hacıyev Toğrul Rüfət oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 iyun 2026-cı il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Vətən uğrunda canından keçən şəhidimizin əziz xatirəsi hər zaman böyük ehtiramla yad olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ətraflı >>

AMK-nın müəllimi Pərviz Fərhadov Litva Səfirliyinin tədbirində çıxış edib

Azərbaycan Milli Konservatoriyasının müəllimi, kamança ifaçısı Pərviz Fərhadov Litva Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Litvanın ali təhsil müəssisələrinin azərbaycanlı məzunları ilə keçirilən görüşdə “Vətən” Muğam Qrupunun tərkibində iştirak edib. Tədbirdə Azərbaycan və Litva arasında təhsil, mədəniyyət və dostluq əlaqələrinin inkişafından danışılıb, bu cür görüşlərin məzunlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Musiqi proqramında Pərviz Fərhadovla […]

Ətraflı >>