Azərbaycan Milli Konservatoriyasının müəllimi, kamança ifaçısı Pərviz Fərhadov Litva Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Litvanın ali təhsil müəssisələrinin azərbaycanlı məzunları ilə keçirilən görüşdə “Vətən” Muğam Qrupunun tərkibində iştirak edib.
Tədbirdə Azərbaycan və Litva arasında təhsil, mədəniyyət və dostluq əlaqələrinin inkişafından danışılıb, bu cür görüşlərin məzunlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Musiqi proqramında Pərviz Fərhadovla yanaşı, “Vətən” Muğam Qrupunun digər üzvləri – xanəndə Səfalı Mirzəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tarzən Ruslan Zərbəliyev və nağara ifaçısı Elnur Əliyev də çıxış ediblər.
Sonda qrupun üzvləri Azərbaycan-Litva dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdikləri töhfələrə görə Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kęstutis Vaškelevičius tərəfindən diplomlarla təltif olunublar.

Возможно, это изображение текст

Возможно, это изображение один или несколько человек и костюм

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение осветительное оборудование

Возможно, это изображение ‎один или несколько человек, помост и ‎текст "‎STuBY LITHUANIA Study Eweopε Choose ل y..信 Lithuania! ٦ RBAIJAN ETWORK BALTIC UMNINETWORK UMNI‎"‎‎