Məmmədəli Məmmədovun kamançanın dövlət standartlarına dair elmi məqaləsi Türkiyə jurnalında dərc olunub

Türkiyədə nəşr olunan “Journal of Turkish Organology” elmi jurnalının 2026-cı il sentyabr buraxılışında Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-təcrübi laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədovun “The Azerbaijani Kamancha: Technical Standards in Construction and Repair” adlı elmi məqaləsi dərc olunub. Məqalə Azərbaycanda ilk dəfə kamança və kamança ailəsinə daxil olan […]

Ətraflı >>

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

  5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü müəllimlik peşəsinin cəmiyyətdəki müstəsna mövqeyini, insanın intellektual və mənəvi formalaşmasında müəllim əməyinin əvəzsiz rolunu bir daha diqqətə çatdıran əlamətdar gündür. Müəllim yalnız bilik verən deyil, şəxsiyyət yetişdirən, düşüncə və dünyagörüşü formalaşdıran, öz elmi və mənəvi təcrübəsi ilə cəmiyyətin gələcəyinə istiqamət verən ziyalıdır. Ümummilli lider Heydər Əliyevin “Hər birimizdə […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasının magistr tələbəsi İstanbulda keçirilən “Azərbaycan gecəsi” proqramında iştirak edib

İstanbulda keçirilən “Azərbaycan İncəsənət Həftəsi” çərçivəsində təşkil olunan “İki dövlət – bir səhnə, qardaş nəğmələri: Azərbaycan gecəsi” adlı mədəniyyət proqramında “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının tərkibində Azərbaycan Milli Konservatoriyasının I kurs magistr tələbəsi, beynəlxalq müsabiqələr laureatı Nurəddin Tağıyev iştirak edib. Sefaköy Mədəniyyət və İncəsənət Mərkəzində keçirilən geniş konsert proqramında Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri […]

Ətraflı >>

Zaqqrebdə keçirilən “Azərbaycan musiqisi gecəsi”ndə Milli Konservatoriyanın nümayəndələri iştirak ediblər

30 sentyabr 2026-cı il tarixində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində, Vatroslav Lisinski Konsert Kompleksində təşkil olunan “Azərbaycan musiqisi gecəsi”ndə Azərbaycan Milli Konservatoriyasının “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, Əməkdar artist Emil Əfrasiyab və “Xalq çalğı alətləri” kafedrasının müəllimi, Xalq artisti Ənvər Sadıqov iştirak ediblər. Azərbaycanın görkəmli sənətkarlarının iştirak etdiyi konsert proqramını Azərbaycan Respublikasının mədəniyyət naziri […]

Ətraflı >>

Xalq artisti Alim Qasımov İsveçrədə keçirilən “Septembre Musical Montreux–Vevey” festivalında çıxış edib

14 sentyabr 2026-cı il tarixində İsveçrənin Montrö şəhərində keçirilən 80-ci “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində, Azərbaycanın fəxri qonaq kimi təmsil olunduğu və məşhur “Auditorium Stravinski” səhnəsində təqdim olunan təntənəli qala-konsertdə Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)” kafedrasının professoru, Xalq artisti Alim Qasımov iştirak edib. İsveçrənin Montrö şəhərində keçirilən 80-ci “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində “Auditorium Stravinski”də […]

Ətraflı >>