Novruz bayramınız mübarək

Qədim dövrlərdən etibarən xalqımızın mənəvi həyatında dərin kök salmış Novruz bayramı milli-mədəni dəyərlərimizin formalaşmasında mühüm rol oynamış, nəsildən-nəslə ötürülərək zəngin irs nümunəsi kimi bu günə qədər qorunub saxlanılmışdır. Təbiətlə insanın vəhdətini ifadə edən bu bayramda xalqımızın həyat fəlsəfəsi, dünyagörüşü və estetik təfəkkürü dolğun şəkildə əks olunur. Azərbaycan Milli Konservatoriyası Novruz bayramı münasibətilə xalqımızı təbrik edir, […]

Ətraflı >>

Ramazan bayramınız mübarək!

Ramazan ayı insanları mənəvi saflığa, mərhəmətə, paylaşmağa və birlik dəyərlərinə səsləyən müqəddəs bir zaman kəsiyidir. Bu mübarək bayram isə həmin ali dəyərlərin təntənəsi, insanlıq və həmrəylik duyğularının zirvəsidir.Azərbaycan Milli Konservatoriyası adından bütün xalqımızı və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik.Ramazan bayramınız mübarək!    

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında “Muğamın Xan zirvəsi” – Xan Şuşinskiyə həsr olunmuş tədbir keçirilib

18 mart 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasında “Miras” layihəsi çərçivəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə həsr olunmuş “Muğamın Xan zirvəsi” adlı tədbir keçirilib.Tədbir çərçivəsində sənətkarın adını daşıyan xatirə otağının açılış mərasimi və konsert proqramı təşkil olunub. Xatirə otağının açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında “Şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələr” adlı Novruz bayram konserti keçirilib

17 mart 2026-cı il tarixində Yasamal Rayon İcra Hakimiyyəti,YAP Yasamal rayon təşkilatı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə AMK nın Fikrət Əmirov adına konsert zalında “Şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələr” adlı bayram konserti təşkil olunub. Tədbirdən əvvəl Azərbaycan Milli Konservatoriyasının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasının tələbələri Dövlət İdarəçilik Akademiyasında Novruz bayramına həsr olunmuş tədbirdə iştirak ediblər

16 mart 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının tələbələri Dövlət İdarəçilik Akademiyasında Novruz bayramına həsr olunmuş tədbirdə iştirak ediblər. Proqram çərçivəsində Anar Həmidli, Elvin Məmmədzadə, Firuz Əliyev, Elvin Abdul, Leyla Mehdiyeva, Ədilə Əliyeva və konsertmeyster Rəhimə Qurbanovanın ifaları təqdim olunub. Sonda tələbələr tədbirdə iştiraklarına görə Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov tərəfindən təşəkkürnamə ilə təltif […]

Ətraflı >>