Azərbaycan Milli Kitabxanasında görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Bəhram Mansurov. Biblioqrafiya” kitabının mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən təqdimat mərasimində Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, professor, Əməkdar incəsənət xadimi Lalə Hüseynova iştirak edib.
Tədbirdə çıxış edən professor Lalə Hüseynova Bəhram Mansurovun Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərindən, onun ifaçılıq məktəbinin milli musiqi ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətindən danışıb.
Qeyd edək ki, “Bəhram Mansurov. Biblioqrafiya” kitabında sənətkarın həyat və yaradıcılıq yolu, Azərbaycan muğam sənətinin inkişafına verdiyi töhfələr, onun haqqında yazılmış materiallar, arxiv sənədləri və müxtəlif mənbələrdə qorunan məlumatlar geniş şəkildə əks olunub.







