21.11.23 ci il tarixində “Azərbaycan Milli Konservatoriyası”nın dosenti,sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artıst Bəyimxanım Vəliyevanın “Azərbaycan xanəndəlik sənətinin böyük ustadı Xan Şuşinski ”adlı kitabının təqdimatı keçirilmişdir.Təqdimatda “AMK” elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova iştirak etmişdir. “AMK” nın “Muğam kafedrası”nın müdiri professor, xalq artisti Mənsum İbrahimov, Xan Şuşinskinin qızı, “Xan Şuşinski fondu”nun təsisçisi və rəhbəri Bəyimxanım Verdiyeva, “AMK” nın “Milli vokal kafedrası”nın baş müəllimi Zümrüd Paşayeva, “Azərbaycan Milli Konservatoriyası”nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi çıxış etmişlər. Kitab ölməz sənətkar Xan Şuşinskinin həyat və yaradıcılığından bəhs edir. Təqdimatda musiqi nömrələriylə AMK nın tələbələri Kənan Novruzov, Nazpəri İslamova, Çinarə Ömərzadə, Jalə Əliyeva, Lalə Abdullayeva çixiş etmişlər. Müəllifə uğurlar arzu edirik!