29 iyun 2026-cı il tarixində M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan tarixində ilk dəfə olaraq kamança və kamança ailəsinə daxil olan müxtəlif ölçülü kamançalar, bas kamança və kontr kamança üzrə dövlət standartları qəbul edilib.
Dövlət standartları Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi-təcrübi laboratoriyasının (layihə rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədov) hazırladığı və təqdim etdiyi layihə əsasında qəbul olunub.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, professor Lalə Hüseynova, Nazirliyin əməkdaşları, Bakı Musiqi Akademiyasının, Standartlar İnstitutunun, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin,Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Qeyd edək ki, bu günədək kamança və onun ailəsinə daxil olan alətlər üzrə vahid dövlət standartlarının müəyyənləşdirilməsi istiqamətində belə bir addım atılmamışdı.
Yeni qəbul olunan standartlar kamança ailəsinin elmi əsaslarla sistemləşdirilməsi, alətlərin quruluş, ölçü və səslənmə imkanlarının müəyyən olunması baxımından mühüm mərhələdir.
Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi-təcrübi laboratoriyasının hazırladığı layihə əsasında kamança və kamança ailəsinin dövlət standartlarının yekdilliklə qəbul olunması milli musiqi alətlərimizin qorunması, təkmilləşdirilməsi və gələcək nəsillərə elmi əsaslarla ötürülməsi baxımından tarixi hadisə kimi qiymətləndirilir.

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение текст

Нет описания фото.

Возможно, это изображение один или несколько человек, помост и текст