05 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının tələbələri Nərmin Mirzəyeva, Leyla Mehdiyeva, Arian Zamiri, Tacir Alxanov, Nərmin Cəlalzadə, Rəsul Hacızadə, Mahir Quliyev, Samidə Məmmədova Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə həyata keçirilən “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri”ndə iştirak ediblər.

 

Azərbaycan ənənəvi musiqisinin müxtəlif janrlarını əhatə edən proqram yerli sakinlər və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.

 

Tədbirin təşkili və Yunus Emre İnstitutu ilə qarışıqlı yaradıcı layihələrdə səmərəli fəaliyyətinə görə Konservatoriyanın yaradıcılıq məsələləri üzrə mütəxəssisi, TEC sədri Zeynəb Bağır Yunus Emre İnstitutunun sədr müavini Ömər Yıldız tərəfindən təltif edilib.

 

Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory