16 mart 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının tələbələri Dövlət İdarəçilik Akademiyasında Novruz bayramına həsr olunmuş tədbirdə iştirak ediblər.
Proqram çərçivəsində Anar Həmidli, Elvin Məmmədzadə, Firuz Əliyev, Elvin Abdul, Leyla Mehdiyeva, Ədilə Əliyeva və konsertmeyster Rəhimə Qurbanovanın ifaları təqdim olunub.
Sonda tələbələr tədbirdə iştiraklarına görə Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.
Təltifetmə mərasimi Elm və beynəlxalq əlaqələr üzrə prorektor Elvin Əzizbəyov tərəfindən həyata keçirilib.









