AMK-nın “İntrumental muğam” kafedrasının müdiri, Əməkdar artist Malik Mansurov və Konservatoriyanın müəllimi Bəyimxanım Vəliyeva İsraildə keçirilən Beynəlxalq “Jerusalem Sacred Music Festival”ında (Jerusəlim Dini Musiqi Festivalı) iştirak edib. Müxtəlif ölkələrdən Türkiyə, Hindistan, Fələstin və s. ölkələrdən Festivala qatılan musiqiçilər sırasında Azərbaycanı təmsil edən M.Mansurov və B.Vəliyeva zəngin musiqi proqramı ilə çıxış ediblər. Festivalda İsrail bəstəkarları Peres Eliyahu və Mark Eliyahunun əsərləri ilə yanaşı Azərbaycan musiqi də səsləndirilib. Həmçinin Jerusalim incəsənət məktəbində ustad dərsləri də keçirilib. Konservatoriyanın müəllimlərinin ifasında Azərbaycan muğamları, təsnif və xalq rəqsləri təqdim olunub.