19–23 sentyabr 2026-cı il tarixlərində Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)” kafedrasının müəllimi, kamança ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Pərviz Fərhadov “Vətən” muğam qrupunun tərkibində Türkiyənin Eskişehir şəhərində keçirilən “Şehrin Ateşi – IX Beynəlxalq Eskişehir Odunpazarı Seramik Pişirim Teknikleri Çalıştayı” və “Camın Büyüsü – XI Odunpazarı Beynəlxalq Cam Festivalı”nda iştirak edib.
Qrupun digər üzvləri – xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbəliyev və nağara ifaçısı Siyavuş Kərimovla yanaşı, Konservatoriyanın məzunu Ayxan İmanov və IV kurs tələbəsi Nuray Hacızadə də beynəlxalq festivallar çərçivəsində keçirilən konsert proqramlarında iştirak ediblər.
Onların təqdim etdikləri Azərbaycan milli musiqisi nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.










