📍 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri Zəfər parkını ziyarət ediblər. Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq xalqımızın mənəvi borcu və milli yaddaşımızın ayrılmaz hissəsidir.











