7 iyul 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasında 2025/2026-cı tədris ilinin yekun Elmi Şura iclasında AMK-nın “Milli vokal” kafedrasının müəllimi, Əməkdar artist Əliəhməd İbrahimov, “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, “Fortepiano” kafedrasının müdiri, Əməkdar müəllim Naibə Şahməmmədova, “Milli vokal” kafedrasının müəllimi, Əməkdar artist Zenfira İsmayılova, həmçinin AMK-nın mətbuat katibi, yazıçı-publisist Aysel Fikrət yubileyləri münasibətilə fəxri fərmanlarla təltif olunublar.
Fəxri fərmanları yubilyarlara Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor, Kamilə Dadaş-zadə təqdim edib.
Təqdimetmə zamanı Rektor yubilyar əməkdaşların Azərbaycan Milli Konservatoriyasının elmi-pedaqoji, yaradıcılıq və ictimai fəaliyyətindəki xidmətlərini qeyd edib, onlara möhkəm cansağlığı, yeni nailiyyətlər və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Возможно, это изображение текст

Возможно, это изображение текст

Возможно, это изображение текст

Возможно, это изображение текст

Возможно, это изображение текст

Нет описания фото.