
26 may 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə bəstəkar Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır!” adlı müəllif konserti keçirilib.
Konsert proqramında bəstəkarın “Cümhuriyyət marşı”, “İncinin arzuları”, “Etiraf”, “Portret”, “Poema”, “Lirik rəqs”, “Konsert pyesi”, “Rəqs-fantaziya” və “Qarabağ Azərbaycandır!” əsərləri səsləndirilib.
Proqram çərçivəsində Əməkdar artist Sahib Paşazadənin ifasında və Fuad İbrahimovun dirijorluğu ilə “Dəstgah” əsərinin final hissəsi, həmçinin Mustafa Mehmandarovun dirijorluğu ilə “Qarabağ Azərbaycandır!” əsərinin videoçarxları təqdim olunub.
Konsertdə AMK-nın professoru, Əməkdar artist İlham Nəcəfzadə, Qabaqcıl təhsil işçisi, AMK-nın baş müəllimi Svetlana Əhmədova, AMK-nın konsertmeysterləri Firuzə Qədimaliyeva, Aysel Şahbazlı və Rəna Növrəsli, AMK-nın məzunu Samir Əsədli, AMK-nın tələbələri Abid Çələbiyyev və Adəm Zərbəliyev, həmçinin Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının IX sinif şagirdi Cəlalə İsmayılzadə çıxış ediblər.
Konsertin ideya müəllifi və aparıcısı Qabaqcıl təhsil işçisi, AMK-nın baş müəllimi Svetlana Əhmədova olub.
















