18 iyun 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasında açıq havada 2025–2026-cı tədris ili üzrə “Məzun Günü” keçirilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, professor-müəllim heyəti və məzun tələbələr iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə çıxış edərək məzunları təbrik edib.
Rektor çıxışında Azərbaycan Milli Konservatoriyasının əsas missiyalarından biri olan milli musiqi irsimizin qorunması, nəsildən-nəslə ötürülməsi və dünyada təbliği istiqamətində məzunların üzərinə mühüm və məsuliyyətli vəzifələr düşdüyünü qeyd edərək, Azərbaycan Milli Konservatoriyasının məzunu olaraq ustad sənətkarlardan dərs alan gənclərin bu ənənələri layiqincə davam etdirəcəklərinə inamını ifadə edib.
“Məzun Günü”nün bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələri Azər Çələbiani, Anara Məmmədova və Firuz Əliyev çıxış ediblər.
Tədbirin aparıcısı Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq məsələləri üzrə mütəxəssisi, Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Bağır olub.
Əziz məzunlar ! Azərbaycan Milli Konservatoriyasında aldığınız təhsil, ustadlarınızdan qazandığınız sənət təcrübəsi, tələbəlik illərinin unudulmaz xatirələri və bu doğma sənət ocağının sizə bəxş etdiyi dəyərlər gələcək fəaliyyətinizdə hər zaman sizə yol göstərsin.
Yolunuz uğurlu olsun!

Возможно, это изображение фортепиано и текст

Возможно, это изображение один или несколько человек и текст "ANK"

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение кларнет, фортепиано, арфа и текст

Возможно, это изображение саксофон

Возможно, это изображение один или несколько человек, кларнет, динамик, саксофон и текст "AZARBAYC"

Возможно, это изображение один или несколько человек и текст "ANK ΜΟΖ Axorbaycan 20"

Возможно, это изображение один или несколько человек, костюм и текст

Возможно, это изображение один или несколько человек и текст "ANK F1O ์ ÜNÜ foriyast"

Возможно, это изображение текст

Возможно, это изображение текст

Нет описания фото.

Нет описания фото.

Нет описания фото.

Возможно, это изображение один или несколько человек и оптика

Нет описания фото.

Возможно, это изображение один или несколько человек, оптика и текст