29 aprel 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında “Sərhədləri aşan Azərbaycan muğamı” adlı beynəlxalq simpoziumun açılış mərasimi baş tutub.
Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə və SOAS London Universitetinin professoru Reyçel Harris çıxış edərək simpoziumu açıq elan ediblər.
Simpoziumun birinci günü “Məqamın tədqiqində innovativ yanaşmalar” mövzusunda plenar iclasla davam edib.
Keçirilən plenar iclasa Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova sədrlik edib.
İclasda SOAS London Universitetinin professoru Reyçel Harris “Sovet-Çin ayrılığı boyunca musiqi qarşılaşmaları”, AMK-nın müəllimi, Səsin Tədqiqi Elmi Laboratoriyasının rəhbəri Sevinc Sultanzadə (Aleksandriya Sultan von Brüseldorff) “XXI əsrdə Azərbaycan muğamında vokal kanonun qorunması: şifahi ənənənin müasir vokal elmi və pedaqogikası ilə inteqrasiyası”, SOAS London Universitetinin tədqiqatçıları Polina Dessyatniçenko və Səid Kordmafi “Müasir muğam yaradıcılığı və onun Azərbaycan musiqiçilərinin diskurslarında İran klassik musiqisi ilə əlaqələri” mövzularında məruzələrlə çıxış ediblər.
Açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Miras” qədim musiqi alətləri ansamblının konsert proqramı təqdim olunub ( ansamblın bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova, alətlərin bərpası və təkmilləşdirilməsi üzrə mütəxəssis sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədovdur, solistlər Aytac Bəybalayeva, Kənan Dəva)
Simpozium öz işini Azərbaycan Milli Konservatoriyasının “Bakı” zalında “Fəlsəfə, poeziya və əruz” mövzusunda panel iclasla davam etdirib. Panel iclasına Polina Dessyatniçenko sədrlik edib.
Əsas məruzə ilə Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) professoru Jan Dürinq çıxış edib. O, “Dəstgah və məqam sistemlərinin müqayisəsi və improvizasiya xüsusiyyətləri” mövzusunda məruzə təqdim edib.
“Sərhədləri aşan Azərbaycan muğamı” adlı beynəlxalq simpozium çərçivəsində plenar iclaslardan sonra Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Alim Qasımov və Azərbaycan əsilli kanadalı xoreoqraf Saşar Zərifin iştirakı ilə “Səma” adlı konsert proqramı və Saşar Zərifin tədqiqatlarını, sənət fəaliyyətini əks etdirən qısa film təqdim olunub.

Возможно, это изображение помост и текст

Возможно, это изображение учеба и текст

Возможно, это изображение учеба, помост и текст

Возможно, это изображение динамик, осветительное оборудование и текст

Возможно, это изображение учеба, помост и текст

Возможно, это изображение помост и текст "Frseass MPAPO เมีดงส่ง CAAEAAN PnHouooBau Ens AMK KONSERVATORIYASI KONSERVATORIYASI ATBBEAHMW BEYON International Azerbaijani Mugham SOAS รนว the Funded "MaAaT Beyond Nation Azerbaijan National Conservatory, April 트판모그몰 Azerbaijan NationalConserv National Conserva PRESERVING THE AZERBAIJANI MUGHAM VOCAL CANON THE 21ST CENTURY TRADITION WITH.CONTEMPORARY WITH SCIENCE AND SCIENCEANDPEDAGOGICAL PEDAGOGICAL C"

Возможно, это изображение помост и текст

Возможно, это изображение кларнет, скрипка и текст

Возможно, это изображение один или несколько человек, люди учатся, кларнет, скрипка, флейта, помост и текст

Возможно, это изображение текст

Возможно, это изображение учеба и толпа

Возможно, это изображение учеба, помост и текст

Возможно, это изображение учеба и текст

Возможно, это изображение помост и текст

Возможно, это изображение учеба и текст

Возможно, это изображение текст

Возможно, это изображение учеба, помост и текст

Возможно, это изображение ‎скрипка, кларнет и ‎текст "‎טדה poetry, iteratu Conclusion and Cultura /voice, and writin synthesis Unique figure and nugham Bridges akhmises and centuries translating Azerbaijani between mugham and meter-bas meter-bas ashug ทาน poetry) Bridges မပ lused syllabic (heca vaznil folklore and ashug culture globally poetry Azerbaijani performers modern ghazals, contemporary tasnifs, and contributing/ the pishrovs, mugham Legacy continues repertoire, inspire INA SS SOAS CICTND InternutlonalSyrpaim Symparie International AzenbaijamiMughamAmos Mugham AcToOS Banders Azerbuijani - 아보지어기아요는 کید VL‎"‎‎

Нет описания фото.

Возможно, это изображение кларнет, скрипка, гобой, саксофон, латунь и труба