
14–16 avqust 2026-cı il tarixlərində Macarıstanın Buqaç şəhərində keçirilən IX Böyük Hun-Türk Qurultayında Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyeva və Azərbaycan Milli Konservatoriyasının müəllimi, Beynəlxalq Muğam Mərkəzinin solisti Rüstəm Müslümov iştirak ediblər.
27-dən çox türk icmasının nümayəndələrinin iştirak etdiyi qurultayda müxtəlif mədəniyyətlərin, musiqi və sənət nümunələrinin təqdim olunduğu zəngin proqram nümayiş etdirilib. Azərbaycan Milli Konservatoriyasının nümayəndələrinin belə mötəbər beynəlxalq mədəni platformada iştirakı Azərbaycan milli musiqi irsinin və peşəkar sənət ənənələrinin təbliği baxımından böyük əhəmiyyət daşıyıb.



