Özbəkistan səfəri çərçivəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə və AMK-nın elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunda olublar.
Səfər zamanı Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov qonaqları institutun tədris və yaradıcılıq mühiti, elmi-pedaqoji fəaliyyəti, ayrı-ayrı struktur bölmələri və əməkdaşları ilə tanış edib.
Daha sonra institutun rəhbər heyəti, fakültə dekanları, kafedra müdirləri və əməkdaşlarının iştirakı ilə dəyirmi masa formatında görüş keçirilib. Görüşdə çıxışlar dinlənilib, Hər iki təhsil müəssisəsinin fəaliyyəti, milli musiqi təhsili sahəsində təcrübəsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə və Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov tərəfindən əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum gələcəkdə iki müəssisənin tələbə və müəllimlərinin birgə çalışmasına, təcrübə mübadiləsinə və ortaq layihələrdə iştirakına şərait yaradacaq.

Нет описания фото.

Возможно, это изображение больница, отдел новостей и текст

Возможно, это изображение один или несколько человек и отдел новостей

Возможно, это изображение телевизор, отдел новостей, Овальный кабинет и текст

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение один или несколько человек, кларнет и скрипка

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение текст