15 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Müstəqilliyin bərpası gününün 35 illiyinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş “23 il: Milli maraqların qorunması və dövlətçilik strategiyası” mövzusunda keçirilən tədbirin bədii hissəsi Azərbaycan Milli Konservatoriyası tərəfindən təşkil olunub.

Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının “Muğam sənəti” kafedrasının dosenti, Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülüstan Əliyeva, Konservatoriyanın məzunu Sadiq Qasımov, tələbələri – IX Muğam Televiziya Müsabiqəsinin diplomantı Leyla Mehdiyeva, respublika və beynəlxalq müsabiqələr laureatları Xədicə Rəşidli, Nihad Kamilli və Əmirxan Məmmədov çıxış ediblər.

Tədbirin bədii rəhbəri və aparıcısı Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq məsələləri üzrə mütəxəssisi Zeynəb Bağır olub.