20 sentyabr 2026-cı il tarixində XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar Qurultayı çərçivəsində Azərbaycan Milli Kitabxanasında “Türk bəstəkarlıq məktəblərinin formalaşması və inkişafı: mədəni kimlik axtarışında” mövzusunda dəyirmi masa təşkil olunub.
Dəyirmi masada Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktoti Raimkulova, Azərbaycan Milli Konservatoriyasının Elm, İnnovasiya və Yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Manafova, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ülkər Əliyeva, Azərbaycan Milli Konservatoriyasının “Dirijorluq” kafedrasının müdiri, bəstəkar Pikə Axundova, AMK-nın professor-müəllim heyəti, eləcə də Türk dünyasının müxtəlif ölkələrini təmsil edən bəstəkarlar, musiqişünaslar, elm və sənət nümayəndələri iştirak ediblər.
Dəyirmi masada Türk dünyası bəstəkarlıq məktəblərinin formalaşması və inkişafı, milli musiqi təfəkkürü, mədəni kimlik və ortaq musiqi irsi ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirələr zamanı ortaq musiqi irsinin qorunması və təbliği, Türk dünyasının musiqi mədəniyyətləri arasında elmi və yaradıcı əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.







