Aprelin 11-də Azərbaycan Millik Konservatoriyasında “Aşıq Sənətinin Tədrisində Klassik Ənənələr” mövzusunda elmi-praktik seminar keçirilib.

 

“Xalq çalğı alətləri” kafedrasının dosenti, tanınmış saz ifaçısı Nemət Qasımlı məruzə ilə çıxış edib. Tədbirdə Konservatoriyanın rəhbərliyi, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

N. Qasımlı, Aşıq sənətinin tarixi, onun ənənəvi ifaçılıq forması və tədrisi metodu haqqında geniş izahlı məlumat verib.

 

Qeyd olunan məsəələlər üzrə problemlərin oluğunu, aşıq sənətinin tədrisinin daha yüksək səviyyəyə çata bilməsi üçün yeni işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

Seminarda, iştirakçılar və məruzəçi arasında geniş fikir mübadiləsi aparılıb.