18 mart 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasında “Miras” layihəsi çərçivəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə həsr olunmuş “Muğamın Xan zirvəsi” adlı tədbir keçirilib.Tədbir çərçivəsində sənətkarın adını daşıyan xatirə otağının açılış mərasimi və konsert proqramı təşkil olunub.
Xatirə otağının açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının siyasi dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, yazıçı, publisist Mustafa Çəmənli, Milli Kitabxananın direktoru Kərim Tahirov, Xan Şuşinskinin övladı, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Verdiyeva, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, professor-müəllim heyəti, media nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə qonaqları salamlayaraq bu günün Azərbaycan Milli Konservatoriyası üçün mühüm və əlamətdar olduğunu bildirib. O, xatirə otağı haqqında, məlumat verərək qeyd edib ki, burada Xan Şuşinskiyə məxsus afişalar, şəkillər və kitablar sənətkarın yaradıcılıq yolunu əks etdirir.
Çıxış edən Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva 18 mart tarixinin sənətkarın anım günü olduğunu dilə gətirib və göstərilən diqqətə görə ailəsi adından təşəkkürünü bildirib. Ardınca “Muğam” kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov çıxışında hər kəsi salamlayıb və bildirib ki, Xan Şuşinski Şərqin böyük xanəndəsidir. Onun şəxsiyyəti, ifası, əxlaqı, musiqiyə yanaşması Azərbaycan xanəndələri üçün bir nümunədir.Xaıq artisti çııxışının sonunda Xatirə otağının kafedranın tələbələri üçün çox böyük əhəmiyyəti olacağını dilə gətirib.
Xatirə otağının açılışından sonra Fikrət Əmirov adına zalda konsert proqramı təqdim olunub.
Konsertdən öncə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək bu cür tədbirlərin Azərbaycanın musiqi təhsilində əhəmiyyətindən bəhs edib, Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolu haqqında danışıb.
AMK-nın rektoru Kamilə Dadaş-zadə Xan Şuşinski yaradıcılığının təkrarsız olmağından, sənətkarın Azərbaycan musiqi tarixində rolundan bəhs edib, bugünkü tədbirin “Miras” layihəsi çərçivəsində keçirildiyini bildirib. O qeyd edib ki, “Miras” layihəsinin missiyalarından biri Azərbaycan musiqi sənətində müstəsna xidmətləri olan sənətkarların yaradıcılığına diqqət yetirməkdir.
Xan Şuşinski yadigarı Bəyimxanım Verdiyeva çıxışında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Konservatoriyasına və ölkə rəhbərliyinə təşəkkürünü ifadə edib.
Konsert proqramının bədii hissəsində Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Emil Əfrasiyab, “Azərbaycan xanəndəlik sənətinin böyük ustadı Xan Şuşinski” adlı kitabın müəllifi Bəyimxanım Vəliyeva, Əməkdar müəllim Naibə Şahməmmədova, bəstəkar Pikə Axundova, xanəndə Aytən Məhərrəmova, pianoçu Zərrin Muradova, həmçinin muğam müsabiqəsi laureatları, tələbələr Ülkər Abdullayeva, Mirəli Sarızadə, Azər Çələbiani, Asim Muradov, Xan Şuşinskinin nəticəsi, pianoçu Fərid Hüseynov, Aytac Bəybalayeva, Kənan Dəva, Nərmin Mirzəyeva, Siyavuş Kərimov və Səyyar Teymurovun ifaları təqdim olunub.
Proqram çərçivəsində bir yenilik olaraq Xan Şuşinski yaradıcılığından nümunələr yeni interpretasiyada təqdim olunub, AMK-nın tələbələrindən ibarət vokal ansamblının ifası, xalq musiqisi nümunələri səsləndirilib.
Konsertə AMK-nın Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq məsələləri üzrə mütəxəssisi Zeynəb Bağır aparıcılıq edib.
Tədbirin sonunda Azərbaycan Respublikasının siyasi dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov çıxış edərək Xan Şuşinski yaradıcılığının Azərbaycan musiqi mədəniyyətindəki əhəmiyyətini vurğulayıb və layihənin milli-mədəni irsin qorunması baxımından önəmini qeyd edib.

Нет описания фото.

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение помост

Возможно, это изображение скрипка, флейта, кларнет и текст

Возможно, это изображение флейта, динамик, кларнет, труба, саксофон, скрипка, фортепиано и текст

Возможно, это изображение аккордеон, скрипка, саксофон, флейта, кларнет, арфа, гобой, динамик и текст

Возможно, это изображение аккордеон, скрипка, кларнет, гобой, флейта и труба

Возможно, это изображение динамик, кларнет, саксофон и скрипка

Возможно, это изображение скрипка, саксофон, труба, кларнет, динамик и текст

Возможно, это изображение аккордеон, кларнет, флейта, гобой, скрипка, арфа и текст "Tayihasi sorgivasinda çarçivasinda a Azarbaycan Milli Konservatoriyası F.amirov adına Böyük 18 mart 2026 mart2026 zal 18mart2026 매는는 15:00 ችጵ"

Возможно, это изображение скрипка, кларнет, гобой и флейта

Возможно, это изображение фортепиано, саксофон, кларнет, аккордеон, скрипка, труба, флейта, гобой и текст

Возможно, это изображение Овальный кабинет

Возможно, это изображение ‎кларнет, скрипка, флейта, фортепиано и ‎текст "‎lm Muğamın Xan zirvasi katrRiin ร "Miras"Iayihasigarçivasinda "Miras" layihasi çarçivasinda Azerbaycan AzerbaycanMilKonservatorlyasi MOLI Konservatorlyass FOmirovadına FOmiroy adina Böyükzal 18mart2026 2026 10mart2 15:00 ا‎"‎‎

Возможно, это изображение кларнет, скрипка, фортепиано и текст

Возможно, это изображение труба, скрипка, кларнет, флейта, динамик, фортепиано, саксофон и текст

Возможно, это изображение флейта, скрипка, труба, саксофон, кларнет, гобой, гитара и аккордеон

Возможно, это изображение один или несколько человек и люди улыбаются

Возможно, это изображение один или несколько человек