Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Konservatoriyası, Türk Dünyasında Musiqi, Rəqs və Qlobal musiqi tarixi üzrə İCTMD araşdırma qrupu, Bakı Xoreoqrafiya Akademiyasının birgə layihəsi olan
“Mirasın əks sədaları : musiqi və rəqs irsində naviqasıya” mövzusunda Simpozium uğurla sona çatdı. Beynəlxalq Simpoziumun iştirakçılarını, beş gün çəkən möhtəşəm layihənin ərsəyə gəlməsində əməyi olan heyəti təbrik edirik. Üzeyir Hacıbəyli Festivalı çərçivəsində ICTMD Simpozium iştirakçıları bir – birindən maraqlı, gərəkli və zəngin panellərdə çıxışlar edərək yaddaşlarda qaldılar.
AMK-nın sənətkarlarla yanaşı elm xadimlərinin ayrı -ayri mövzularda etdiyi çıxışları da əcnəbi musiqisünas qonaqlarin marağına səbəb oldu.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Suyavuş Kərimi və Simpoziumun yaradıcısı Elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi Lalə Hüseynova və bütün idarə heyəti Azərbaycana simpoziumla bağlı gəlmiş əcnəbi qonaqları yüksək qonaqpərvərliklə qarşıladılar.
Bu gün işini sona çatdıran UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Türk Dünyasında Musiqi və Rəqs” və “Qlobal Musiqi Tarixi” Araşdırma Qruplarının “Qədim mirasın əks-sədaları: musiqi və rəqs irsinin öyrənilməsi” adlı birgə Simpoziumu
Üzeyir Hacıbəyli Festivalı çərçivəsində keçirilən tədbirlər siyahısında özünə təqdirəlayiq yer tutdu.
AMK ailəsini bu böyük uğurla təbrik edirik.
Qonaqların çox sevdiyi “Fortepiano kafedrasının müdiri,Əməkdar müəllim,Sənətşünaslıq üzrə fəlsəfə doktoru, gözəl sənətkar Naibə Şahməmmədova Simpozium iştirakçılarına öz musiqi töhvəsini hədiyyə edib,onun ifası alqışlarla qarşılanıb.Zəngin proqramı olan Simpozium öz işini uğurla,yüksək əhval- ruhiyyə ilə sona çatdırdı.