İyunun 15-də Azərbaycan Milli Konservatoriyası və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhərində – açıq səma altında “Milli Qurtuluş” günü münasibətilə tədbir keçirilib.
Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, dəvət olunuş qonaqlar və şəhər sakinləri iştirak ediblər.
Tədbirdə AMK-nın müəllimləri konsert proqramı ilə çıxış ediblər. Xalq artistləri, Mənsum İbrahimov, Azər Zeynalov, Əməkdar artistlər Elçin Haşımov, Elnur Əhmədov və Təyyar Bayramovun çıxışları böyük maraqla qarşılanıb.