Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Vətən Müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş, Orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə” RESPUBLİKA MÜSABİQƏSİ elan edir.

Müsabiqənin keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsindəki böyük Qələbəsini yüksək peşəkar səviyyədə əks etdirən, forma mükəmməlliyi, mətn mövzusunun dərinliyi ilə seçilən, vətənpərvərlik ideyalarına və ədəbi-bədii meyarlara cavab verən yeni əsərlərin aşkar edilməsidir.

Müsabiqənin şərtləri:

Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir:

a) Orkestr üçün – təqdim ediləcək əsər (marş, uvertüra, konsert pyesi və s.) müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 7 – 8 dəqiqəlik vaxt həcmində olmalıdır;

b) Xor ilə orkestr üçün  – təqdim ediləcək əsər (kantata, oratoriya, oda və s.)

4 səsli xor və müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 10 – 15 dəqiqəlik vaxt həcmində olmalıdır.

Müsabiqədə yalnız ali professional bəstəkarlıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər. İştirakçılar  əsərin partiturasını və CD yazısını (elektron səslənmədə) deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına təqdim еtməlidirlər. Təqdim olunmuş işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumatlar (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılmış kiçik zərfdə əlavə edilməlidir.

Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:

I yer  –  7000 manat

II yer –  5000 manat

III yer –  3000 manat

Тəqdim olunmuş əsərlər  2025-ci il oktyabr ayının 1-nə qədər

Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq.

Əsərlər Azərbaycan Bəstəkarlar İttifaqının müəyyən etdiyi

münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Ünvan: Xaqani küçəsi 55

Əlaqə telefonu: (012) 598 08 86