Azərbaycan Milli Кonservatoriyasının böyük zalında Əhsən Dadaşovun 100 illiyinə həsr olunmuş Elmi-praktik Konfrans keçirilib.
Konfransın təşkilatçıları Xəzər Mediya mərkəzi, Əhsən yaradıcı təşəbbüslər mərkəzi, Azərbaycan Milli Кonservatoriyası olub. “Мusiqimizin Əhsən zirvəsi” adı altında təşkil olunmuş Elmi-praktiki konfransda Хalq artisti , AMK-nın rektoru Siyavuş Kərimi , Xalq artisti , bəstəkar Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi , professor Məmmədağa Kərimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Jalə Qulamova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabova spiker kimi iştirak edib. Konfransın moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı olub.
Konfransda görkəmli və unudulmaz tarzən, müəllim, bəstəkar Əhsən Dadaşovun Azərbaycan musiqisində xidmətləri , onun ayrı ölkələrdə musiqinin təbliğatı , bəstəkarlıq və müəllimlik fəaliyyəti haqqında danışılıb. AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi öz çıxışında Əhsən Dadaşovun Azərbaycan musiqisində əvəzolunmaz rolundan və neçə neçə gözəl ifaçıların meydana gəlməsində əməyindən bəhs etdi. Konfrans çıxışçilari danışdıqca, Əhsən Dadaşovun ifasında səslənmələr tamaşaçıları valeh etdi. Konfransda iştirak edən Azərbaycanın çağdaş tanınmış bəstəkarları, sənətkarları çox xoş təəssüratlarla konfransdan ayrıldılar .