19 iyunda məşhur piano fabrikası , zəngin tarixi köklərə bağlı olan Bösendorfer şirkətinin əməkdaşları : Direktor Sabine Qrubmüller və məsləhətçi Olga Huber Azərbaycan Milli konservatoriyasının qonağı olub. Onlar Azərbaycan Milli konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi ilə görüşüb. AMK- nın konsert zallarını, sinif otaqlarını ziyarət edib. Pianolarla bağlı fikir mübadiləsi aparıblar. Gələcəkdə AMK ilə əməkdaşlıq haqqında düşündüklərini dilə gətiriblər.
Qeyd etməliyik ki 1828 -ci ildə məşhur Avstriyalı Piano İstehsalçısı olan İqnaz Bösendorfer bu məşhur piano fabrikasını təsis edib,və öz adı ilə bağlayıb.Avstriya Vyanada yerləşən piano fabrikası dünya şöhrətli piano fabrikaları içində çox nüfuzludur.