Yanvarın 14-də Azərbaycan Milli Konservatoriyasında (AMK), “İctimai elmlər” kafedrasının təşəbbüsü ilə “Azərbaycan dili” fənnindən 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş açıq dərs keçirilib.

 

Açıq dərs, kafedranın müdiri, professor Firudin Qurbansoyun rəhbərliyi ilə təqdim olunub.

 

Professor, 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatına qarşı törədilmiş qanlı cinayət – xalqımızın qan yaddaşına əbədi həkk olunan bir tarix olduğunu bildirib. O, 19 yanvar gecəsi və 20 yanvar səhəri, birbaşa özünün şahidi olduğu hadisələri tələbələrlə bölüşüb.

 

Açıq dərsdə AMK-nın “Musiqi tarixi və nəzəriyyəsi” fakultəsinin dekanı, dosent Cəmilə Mirzəyeva, “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, professor Akif Quliyev və tələbələr iştirak ediblər.