18 sentyabr Azərbaycanın dahi bəstəkarı, musiqişünas-alim və pedaqoqu Üzeyir Hacıbəylinin doğum günüdür.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən etibarən bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin və milli bəstəkarlıq məktəbinin əsasını qoyaraq musiqi mədəniyyətimizin inkişafında yeni mərhələ açmışdır. Onun zəngin bəstəkarlıq, elmi və pedaqoji irsi milli musiqi mədəniyyətimizin fundamental dəyərlərindən biri kimi bu gün də öz əhəmiyyətini qoruyur.

Milli Musiqi Günü münasibətilə hər il olduğu kimi ölkəmizdə silsilə tədbirlər keçirilir. Bu tədbirlərlə yanaşı, bu gün ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da öz işinə başlayır.

Azərbaycan Milli Konservatoriyası adından bütün musiqi dünyasını bu möhtəşəm bayram – Milli Musiqi Günü münasibətilə təbrik edirik!

Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory