Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə bu gün Aktyor evində Teatr günü qeyd olunub.Milli teatr günü münasibətilə təltif edilən sənətkarlar arasında Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, Siyavuş Kərimi də olub. Siyavuş Kərimi Azərbaycan mədəniyyətində çoxşaxəli fəaliyyətində dəfələrlə teatr tamaşalarına musiqi bəstələmiş bir sənətkardır. Azərbaycan teatr tarixində əvəzsiz xidmətlərinə görə mükafatla təltif olunması münasibətilə xalq artisti,Azərbaycan Milli Konservatoriyasının rektoru, şərəf və şöhrət ordenli Siyavuş Kərimini təbrik edirik, hörmətlə qürur duyuruq.