Dekabrın 3-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Əməkdar artist, konservatoriyanın baş müəllimi Əliəhməd İbrahimovun solo konserti keçirilib.

 

“Ümmandan damlalar” adlı konsert proqramında Ə. İbrahimov Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib. Əməkdar artistlə bərabər səhnədə tələbələrinin də çıxışları yer alıb. İfaçıları AMK-nın baş müəllimi Mahirə Quliyeva müşaiət edib.

 

Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim  heyəti və tələbələr iştirak ediblər.

 

Qeyd edək ki, bu, Ə. İbrahimovun tələbələri ilə birgə cari ildə təqdim etdiyi ikinci konsert proqramıdır.