Noyabrın 2-də Azərbaycan Milli Konservatoriyasının “Böyük zal”ında Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə birgə, hər iki ölkənin Xalq musiqsinə həsr olunmuş konsert keçirilib.

 

Konsertdə AMK-nın rektoru, professor Siyavuş Kərimi, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, AMK-nın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Çıxış üçün səhnəyə dəvət olunan AMK-nın rektoru, professor S.Kərimi konsertə təşrif buyurmuş qonaqları salamlayıb və səfir-cənab T.Katorini konservatoriyada görməkdən məmnun olduğunu dilə gətirib.

 

Öz növbəsində çıxış edən səlahiyyətli səfir T.Katorini yaranan xoş əməktaşlığa, xüsusilə belə konsertə görə şad olduğunu və muğamı çox sevdiyini bildirib.

 

İki hissədən ibarət olan konsertin birinci hissəsində dinləyicilərə yaponiyalı musiqiçilər tərəfindən Yapon ənənəvi xalq musiqisi, ikinci hissəsində isə Azərbaycanın tanınmış musiqiçilərinin ifasında Azərbaycan milli musiqisi təqdim olunub.

Sonda tərəflərin birlikdə ifa etdikləri sintez musiqilər böyük maraqla qarşılanıb.