Xanəndə və İnstrumental muğam  ifaçılarının  V Respublika müsabiqəsi öz işinə başlayır.

 

Müsabiqə, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə konservatoriyanın “Böyük zal”ında 19-25 fevral 2018-ci il tarixlərində həyata keçiriləcək.

 

Müsabiqə ilkin seçim mərhələsi və əsas mərhələdən ibarətdir. İlkin seçim mərhələsi sənədlərə və ifaların video yazılarına əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir. Seçilmiş iştirakçılar Bakıda keçiriləcək müsabiqəyə açıq çıxış üçün dəvət olunurlar.

 

Müsabiqənin qalibləri V Beynəlxalq Muğam festivalında iştirak etmək hüququ qazanır.

 

Müsabiqədə iştirak şərtləri:

 

  1. Müsabiqədə yaşı 35-dək olan həm vokal, həm də instrumental ifaçılar iştirak edə bilərlər. Müşayiətçilərə (tərkib 5 nəfərdən çox olmamaq şərtilə) yaş məhdudiyyəti qoyulmur.
  2. Hər bir müsabiqə iştirakçısı təxminən 20 dəqiqə vaxt çərçivəsində hər hansı bir ənənəvi musiqi irsimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirən proqram təqdim etməlidir.
  3. Sənədlər paketi 10 fevral 2018-ci il tarixinədək göndərilməlidir.

Sənədlərin siyahısı:

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri poçt paketində Respublika Muğam Müsabiqəsinin Təşkilat Komitəsinə göndərməlidirlər.

 

  1. Müəyyən forma üzrə ərizə (tam olaraq doldurulmalıdır).
  2. 2 fotoşəkil – Ərizənin doldurulduğu tarixdən 6 ay əvvəldən tez olmayaraq çəkilmiş təxminən 7×10 ölçüdə öndən çəkilmiş, sinədən yuxarı şəkil; şəklin arxa tərəfində ərizəçinin adı və soyadı yazılmalıdır. Şəkil yüksək keyfiyyətli rəqəmsal formatda olmalıdır (minimum 300 dpi, CD daşıyıcı).
  3. Ərizəçinin yaşını təsdiq edən sənədin surəti (pasport).
  4. Ərizəçinin seçmə mərhələsində təqdim ediləcək əsərlərin ifasının DVD və video formatda yazısı.
  5. Tərcümeyi-hal
  6. Xanəndələr üçün tibbi arayış (lor)

Bütün sənədlər düyməli qovluqda təqdim olunmalıdır. Ərizəçinin adı, ifa üçün seçilmiş musiqi əsərlərinin adı, yazılma tarixi və yeri  qovluqun üzərində qeyd olunmalıdır.

 

Ərizə paketi sürətli poçt və ya çatdırma xidməti vasitəsilə göndərilməlidir. Ərizə forması tam doldurulmazsa, həmin ərizənin qəbulu prosesi dayandırıla bilər. Ərizə materialları geri qaytarılmır.

 

Ərizəni göndərmək üçün ünvan: Azərbaycan Milli Konservatoriyası (Bakı, Yasamal rayonu Ələsgər Ələkbərov 7, tel; (012) 538 28 62).

 

Əsas mərhələdə çıxışların ardıcıllığı fevralın 19-da səhər saat 10:00  püşkatma vasitəsilə müəyyənləşdiriləcək və çıxışlar  cədvəl üzrə aparılacaq.

 

Müsabiqə dinləyicilər üçün açıq şəraitdə keçirilir.

 

Müsabiqənin proqramı:

 

Müsabiqə iki turda keçirilir.

 

I tur:

 

Xanəndələr üzrə

  1. Dəstgahlar – Mirzə Hüseyn, Şahnaz, Qatar
  2. Zərb muğamlar – Qarabağ Şikəstəsi, Heyratı, Osmanlı

İnstrumental ifa üzrə

Azərbaycan muğamlarından biri

 

Tar

  1. Rast, Orta Mahur, Çahargah, Çoban Bayatı, Xaric Segah, Şur, Zabul, Bayatı Şiraz
  2. Azərbaycan xalq rəqslərindən biri

Kamança

  1. Az muğamlarından biri – Şüştər, Şur, Bayatı Şiraz, Humayun, Segah, Dilkeş
  2. Az xalq rəqslərindən biri

Nəfəs alətləri

  1. Az muğamlarından biri – Dilkeş, Şur, Segah, Bayatı Şiraz, Çoban Bayatı, Rahab, Humayun, Şüştər
  2. Az xalq rəqslərindən biri

Qanun

  1. Az muğamlarından biri – Rast, Bayatı Şiraz, Orta Mahur, Şüştər, Zabul, Mahur Hindi, Çahargah
  2. Az xalq rəqslərindən biri

II turun proqramı iştirakçıların sərbəst seçiminə əsaslanır

 

Münsiflər heyəti

 

 Xanəndə nominasiyası

 

  1. Arif Babayev                          sədr, xalq artisti, professor
  2. Əlibaba Məmmədov             xalq artisti
  3. Aygün Bayramova                xalq artisti, dosent
  4. Mənsum İbrahimov             xalq artisti, professor
  5. Aqil Məlikov                          əməkdar incəsənət xadimi
  6. Nəzakət Teymurova             xalq artisti
  7. Zabit Nəbizadə                      xalq artisti

 

İnstrumental muğam ifaçılığı nominasiyası

 

  1. Siyavuş Kərimi                      sədr, xalq artisti, professor
  2. Malik Mansurov                    əməkdar artist, dosent
  3. Ramiz Əzizov                         əməkdar müəllim, dosent
  4. Malik Quliyev                         əməkdar müəllim, professor
  5. Ağa Cəbrayıl Abasəliyev       xalq artisti, dosent
  6. Fəxrəddin Dadaşov                xalq artisti, professor
  7. Şirzad Fətəliyev                      əməkdar artist