İyunun 30-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Milli Konservatoriyası (AMK) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə “Muğamın müasir dinləyiciləri” adlı konsert keçirilib.

 

Bakı Musiqi Akademiyasının Opera Studiyasında baş tutan konsertdə AMK-nın tələbələri musiqi proqramı ilə çıxış ediblər.

 

Konsertdə milli muğamlarımızı səsləndirən tələbələr, müasir gənc nəsli muğamı dinləməyə dəvət ediblər. Bundan əlavə Azərbaycan bəstəkarlarının əsərlərini səsələndirən milli vokalçıların çıxışı böyük maraqla qarşılanıb.

 

Tədbirin sonunda AMK-nın Tələbə Gənclər Təşkilatının sədri Riad Cəbrayılov çıxış edərək bütün Universitet gənclərini, idarə heyətini təbrik edib və gənclərin muğama qarşı sevgi və rəğbətini artıracaq belə layihələrin daha çox keçiriləcəyini bildirib.

 

Sonda layihəyə üzv olan tələbələr sertifikatlar ilə təltif olunublar.