Noyabrın  21-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi konservatoriyada təkmilləşmə kursu keçən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının (Казахская Национальная Консерватория имени Курмангазы) Baş müəllimi Serik Nurmoldayevlə görüşərək ona ali məktəbin kurs sertifikatını təqdim edib.

 

Noyabrın 11-dən 21-dək AMK-da olan S.Nurmoldayev, konservatoriyadakı tədris prosesi ilə yaxından tanış olub.  Dərslərdə iştirak edərək, tələbələrlə görüşüb onlarla öz təcrübəsini bölüşüb.

 

Rektor Siyavuş Kərimi S.Nurmoldayevi təbrik edib, ona yaradıcılıq və iş həyatında uğurlar arzulayıb.