Aprelin 12-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında növbəti ‘Musiqi saatı’ keçirilib.

 

“Musiqi saatı” Türk Xalq Musiqisinə həsr olunub.

 

TRT İzmir Radiosunun musiqiçisi, “Dilsiz Kaval Metodu” dərsliyinin müəllifi Fedai Tekşahin qədim Kaval, Ney və Bağlama musiqi alətlərində “Anadolu ezgileri” səsləndirilib.

 

Həmçinin “Türk Dünyası Halk Çalgıları Orkestrası”nın musiqiçisi Arif Azərtürk “Musiqi saatı”nın qonağı olub və konsert dinləyicilərinə qədim Lafta musiqi alətində bir neçə nümunələr göstərib.

 

Konsertdə çıxış edən AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi qonaq musiqiçiləri salamlayıb və təqdim olunan ifaları çox bəyəndiyini söyləyib. Rektor, musiqiçilərə təşəkkürünü bildirib.

 

Tədbirin sonunda, Fedai Tekşahin müəllifi olduğu “Dilsiz Kaval Metodu”  kitabını rektor Siyavuş Kərimiyə təqdim edib.

 

“Musiqi saatı”nda konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.