Martın 15-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında növbəti ‘Musiqi saatı’ keçirilib.

 

“Ümumi fortepiano” kafedrası tərəfindən təqdim olunan konsertdə “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan I və II kurs tələbələr AMK-nın professor-müəllim heyəti qarşısında çıxış ediblər.

 

Konsert Novruz bayramı münasibəti ilə hazırlanıb.

 

“Ümumi fortepiano” kafedrasının müdiri, dosent Firuz Abdinzadənin rəhbərliyi ilə hazırlanan konsertdə, tələbələr Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndiriblər.

 

Konsertin sonunda çıxış edən AMK-nın rektoru, xalq artisti Siyavuş Kərimi ilk olaraq konservatoriyanın professor-müəllim və tələbə heyyətini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Daha sonra təqdim olunan proqramı bəyəndiyini söyləyən rektor S. Kərimi tələbələr üzərində çalışan bütün müəllimlərə təşəkkürünü bildirib. Hər bir konsertin nəaliyyət olduğunu vurğulayan xalq artisti S. Kərimi kafedranın işini müsbət dəyərləndirib.

 

Qeyd edək ki, ‘Musiqi saatı’ hər bazar ertəsi və cümə axşamı günləri keçirilir və çıxış etmək istəyən AMK-nın istənilən üzvü (professor, müəllim, tələbə, və s.) ona ayrılmış vaxtda istədiyi yaradıcılıq nümunəsini sərgiləyə bilir.