Magistr tələbələrin V respublika elmi konfransı baş tutub.

 

25-26 aprel tarixlərində Azərbaycan Milli Konservatoriyasında (AMK) “Musiqişünaslığın aktual problemləri” Magistr tələbələrin V respublika elmi konfransı keçirilib.

 

Tədbiri açan AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova indiyədək keçirilən dört belə konfransda tələbələrin təqdim etdiyi magistr dissertasiyalarının müzakirəsi, onlara komissiya üzvləri tərəfindən düzəlişlərin təklifi və bunun nəticəsində konkret olaraq işlərdə keyfiyyətin artması konfransın ciddiliyi və lazımi işi aparmasından xəbər verdiyini bidlirib.

 

Ötən illərdən fərqli olaraq daha bir ali məktəbin – Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr tələbəsinin konfransa qoşulması sevindirici haldır deyə professor qeyd edib.

 

Ön sözün ardıdnan tələbələrin çıxışları başlayıb.

 

AMK, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akadameiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ADPU-nin magistr tələbələrinin dissertasiya çıxışları təqdim olunub.

 

Konfransın keçirildiyi iki gündə qeyd olunan universitetlər üzrə 14 magistr tələbəsinin “Tərtər və ətraf rayonların musiqi folkloru ənənələri”, “Azərbaycan xalq mahnılarında bayatı mətnlərinin təzahür formaları”, “Müasir musiqi təhsilində yeni təlim texnologiyaları”, “Müasir dövrdə Azərbaycanda yaşayan tat etnik qrupunun musiqi folkloru (Şabran-Quba qəzası)”, “Dünya bəstəkarlarının yaradıcılığında “İlin fəsilləri” mövzusu”, “Xızının aşıq mühiti və tarixi-mədəni mənzərəsi” və digər mövzularında məruzələri dinlənilib.

 

Qeyd edək ki, konfransın elmi rəhbəri professor Lalə Hüseynovadır. AMK Tələbə elmi cəmiyyətinin sədri Aynurə Abuşova konfransın təşkil olunmasında köməklik göstərmişdir.