Azərbaycan Milli Konservatoriyası və Rusiyada fəaliyyət göstərən Mədəniyyət və İncəsənət Studiyası ortaq qərara gələrək hörmətlə elan edir ki, oktyabrın 16-sı Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək “Leyli və Məcnun” operasının nümayiş vaxtı dəyişdirilir.

 

Belə ki, gözlənilən opera 2018-ci ilin əvvəllərində “Crocus City Hall” konsert zalında tamaşaya qoyulacaq.

 

Vaxtın uzadılmasına səbəb texniki məsələlərin həlli üçün daha çox zamana ehtiyacın olmasıdır.

 

Qeyd: Alınan biletlər əhəmiyyətini qoruyur və opera günü keçərli olacaqdır.