Azərbaycan Milli Konservatoriyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert baş tutdu. Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı və yaradıcı tələbələri 31-dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsertə baxmaq üçün AMK-ya topladı. Təhsil Nazirliyinin təşəbbüsü və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə təşkil olunan tədbirdə əsas məqsəd istedadlı və yaradıcı tələbə – gəncləri daha yaxından tanımaq, onları ictimaiyyətə tanıtmaq, eyni zamanda dünyada yaşayan bütün azərbaycanlılarla həmrəy olduğumuzu nümayiş etdirməkdir. Qeyd edək ki, konsertdə AMK-nın tələbələri ilə yanaşı Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AMK-nın nəzdində Musiqi Kolleci, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Şuşa Musiqi Kolleci, Azərbaycan Diplomatik Akademiyasının tələbələri də çıxış edirdi. Qeyd edək ki, konsertdə muğam, təsnif və rəng, Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olundu. Tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Kamera Orkestrinin çıxışı ilə başladı. Belə ki, Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından “Müqəddimə” ifa olundu. Ardınca “Ana yurdum” saz havası, “Bayatı-Şiraz” təsnifi, “Osmani”, Niyazi “Rast” simfonik muğamından fraqmentlər, “Arzu”, T.Quliyev “Qaytağı”, “Əziz surət” Şopen “Naktyurn” kimi əsərlər səsləndirildi. Konsert Ali təhsil müəssisələrinin tələbələrindən ibarət “Jazz-Band” qrupunun ifasında Ray Charlesin “I got a Woman” mahnısı ilə tamamlandı.