Bu gün Beynəlxalq Muğam Mərkəzində “Leyli və Məcnun” film-operasının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.
Trend-in məlumatına görə, mətbuat konfransında Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirib ki, “Leyli və Məcnun” operasının 2008-ci ildə 100 illik yubleyi keçirildi və ötən müddət ərzində Azərbaycanın məşhur muğam ifaçıları bu partiyaları ifa ediblər.Kərimi qeyd edib ki, bu gün texnalogiyaların yüksək səviyyədə olmasından istifadə edərək operanı rəqəmsal texanlogiyanın imkanlarından istifadə olunmaqla onun film formasında hazırlanması qərarına gəlindi.”Biz qərara gəldik ki, operanın film versiyası üzərində işləyək və bunu hazırda ölkəmizdə keçirilən “Muğam Aləmi” III Beynəlxalq Muğam Festivalı iştirakçılarına təqdim edək”, – Kərimi deyib.Kərimi qeyd edib ki, bu 50 dəqiqəlik film opera 3 il müddətə başa gəldi və nəticə etibarı ilə çox maraqlı, Azərbaycandakı bu gözəl muğam operasını dünyaya çatdırmaq üçün çox gözəl bir film əldə olundu.Azərbaycan Dövlət Opera və Balet teatırında və Buta Sarayında ekranlaşdırılan bu sənət əsəri martın 17-də Nizami Kino mərkəzində tamaşaçılara təqdim olunacaq. Kərimi onu da qeyd edib ki, filmin gələcəkdə sub-titorlar vasitəsilə müxtəlif dilli xalqlara çatdırılması nəzərdə tutulub.
Konfransda məcnun rolunun ifaçısı, xalq artisti Mənsum İbrahimov və Leyli obrazının ifaçısı, xalq artisti Aygün Bayramova da film haqqında öz təəssüratlarını bölüşüb, filimin yüksək səviyədə çəkildiyini diqqətə çatdırıblar.