AMK-da Konservatoriyanın müəllimi, Opera və Balet Teatrının solisti Vüqar Əliyevin solo konserti keçirildi. Konsertdə “Mahur -Hindi” dəstgahı, Bayatı-şiraz təsnifi, “Bəh-bəh” xalq mahnısı, eləcə də “Ürəklərdə qalaydım” (musiqisi Nəriman Məmmədov, sözləri Etibar Babayev) mahnısı ifa olundu. V.Əliyevi xalq çalğı alətləri ansamblı müşayət edirdi. Belə ki, tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Baxış Binyətov, qanunda Gülşən Ağayeva, udda Şəfa Kərimov, fortepianoda Naibə Şahməmmədova və nağarada Elnur əliyev ifa etdilər.