Azərbaycan Milli Konservatoriyasında Tələbə Xalq çalğı alətləri orkestrlərinin konserti keçirildi. Burada iki orkestr ifasını təqdim etdi: “Buta” xalq çalğı alətləri orkestri və “İldırım” xalq çalğı alətləri orkestri. Dirijor simasında Fəxrəddin Atayev və Arif Məhərrəmov çıxış edirdi. Konsertin proqramı da xüsusi maraq doğururdu. Belə ki, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Fikrət Əmirov, Süleyman Ələsgərov və s. bəstəkarların əsərləri ifa olundu. Maraq doğuran məqamlardan biri də sonda Konservatoriyanın tələbələrindən təşkil olunan “Cazbənd” qrupunun ifası oldu.