Azərbaycan Milli Konservatoriyasında Respublikanın Xalq artisti, AMK-nın dosenti Aygün Bayramovanın solo konserti keçirildi. Konsertdə bir sıra xalq və bəstəkar mahnıları ifa olundu. A.Bayramovanı Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), eləcə də Coğun Sadıxov (balaban), Sənan Əliyev (bas tar), Bayraməli Əliyev (bas kamança), Aytac Vəzirova (qanun) və Qalib Həşimov (ud) müşayət edirdi.