AMK-da Norveçin Azərbaycankı Səfiri ilə görüş keçirildi. Görüşdə AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, həmçinin Konservatoriyanın Tədris işləri üzrə prorektoru, professor Malik Quliyev və Elmi işlər üzrə prorektoru, dosent Lalə Hüseynova Norveçin Azərbaycandakı səfiri Bord İvar Sventsen və səfirliyin nümayəndə heyəti ilə milli mədəni əlaqələrin qurulması məsələlərini müzakirə etdilər. AMK ilə Norveç arasında təhsil müəssisələrində davamlı tədbirlər, konfrans və müştərək layihələrin keçirilməsi müzakirə olundu.